İsrail vətəndaşı olan ravvini İran öldürüb? İran iddialara cavab verdi

25.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İranın BƏƏ-dəki səfirliyi ravvin Zvi Koqanın qətlində əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd edək ki, BƏƏ-də ravvin Zvi Koqanın öldürülməsindən sonra bir sıra KİV-lər qətldə İranı ittiham edib.

“Biz bu adamın öldürülməsində İranın əlinin olması ilə bağlı yayılan bütün iddiaları qəti şəkildə rədd edirik”, – deyə İranın BƏƏ-dəki səfirliyi vurğulayıb.

Xatırladaq ki, İsrail və Moldova vətəndaşlığı olan ravvin Zvi Koqa iki gün öncə BƏƏ-də qətlə yetirilib. İsrailin “Ynet” nəşri hücumun arxasında İranın dayandığını yazıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью