İsrail vətəndaşı olan ravvini İran öldürüb? Tehran iddialara cavab verdi

25.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın BƏƏ-dəki səfirliyi ravvin Zvi Koqanın qətlində əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib.

Globalinfi.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Qeyd edək ki, BƏƏ-də ravvin Zvi Koqanın öldürülməsindən sonra bir sıra KİV-lər qətldə İranı ittiham edib.

“Biz bu adamın öldürülməsində İranın əlinin olması ilə bağlı yayılan bütün iddiaları qəti şəkildə rədd edirik”, – deyə İranın BƏƏ-dəki səfirliyi vurğulayıb.

Xatırladaq ki, İsrail və Moldova vətəndaşlığı olan ravvin Zvi Koqa iki gün öncə BƏƏ-də qətlə yetirilib. İsrailin “Ynet” nəşri hücumun arxasında İranın dayanddığını yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью