Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
HƏMAS hərəkatı iqtidarda olduğu müddətcə, Qəzza zolağında uzunmüddətli sülh olmayacaq.
“Report” EFE agentliyinə istinadən xəbər verir ki, bu fikri İsrailin xarici işlər naziri Gideon Saar İsrail ilə HƏMAS arasında Qəzzada atəşkəs rejiminin tətbiq edilməsinə həsr olunmuş mətbuat konfransında bildirib.
“HƏMAS Qəzza zolağını idarə etdiyi müddətcə, münaqişənin hər iki tərəfi üçün nə sülh, nə sabitlik, nə də təhlükəsizlik olacaq”, – o deyib.
Nazirin sözlərinə görə, “israillilər əsas məqsədə – HƏMAS-ın hərbi və hüquqi potensialını məhv etməyə nail ola bilməyiblər, müharibə özü məqsəd olmasa da, məqsədlərə çatmaq üçün başqa imkanlar olmadıqda hərbi əməliyyatlara qayıtmaq lazım gələcək.
Saar atəşkəs rejimini yalnız “müvəqqəti tədbir” hesab etdiyini qeyd edib.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs rejimi bazar günü qüvvəyə minib. Onun həyata keçirilməsinin üç mərhələsi nəzərdə tutulub.
Birinci mərhələ 42 gün təşkil edəcək. Bu müddətdə atəşkəs rejimi qüvvədə olacaq və İsrail qüvvələri sektorun ən sıx məskunlaşmış rayonlarını