İsrail XİN: Rəfah keçidi bu bazar günü açılacaq

17.10.2025

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Qəzza zolağı ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi çox güman ki, bazar günü, oktyabrın 19-da açılacaq.

Turkustan.az xəbər verir ki, Saar İtaliya Xarici İşlər Nazirliyi və Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən Neapolda bu il 11-ci dəfə təşkil edilən “MED Aralıq dənizi Dialoq Forumu”nda iştirak edib.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İsrailli nazir forum zamanı jurnalistlərə deyib: "Rəfəh keçidi yəqin ki, bu bazar günü açılacaq. Biz bütün lazımi hazırlıqları görürük. O, həmçinin Avropa İttifaqının (Aİ) Sərhəd Yardım Missiyası (EUBAM) və bildiyimə görə, fələstinlilərin özləri ilə koordinasiya olunur. Ona görə də, yəqin ki, bunu açacağam və ümid edirəm ki, bunu bazar günü açacağam."

“HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası (ABŞ prezidenti Donald) Trampın planının əsas elementləridir və həyata keçirilməlidir”, - Saar deyib.

İsrailin xarici işlər naziri Saar forumdakı çıxışında Qəzzada atəşkəs planının uğurunun onun tam şəkildə həyata keçirilməsindən asılı olduğunu müdafiə edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью