İsrail XİN rəhbəri: Avropa reallıqları görmək istəmir

14.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Gideon Saar Avropa ölkələrini Yaxın Şərqdəki vəziyyətə yanaşmalarına görə sərt tənqid edib.

Modern.az xəbər verir ki, İsrailin xarici işlər naziri Avropa liderlərinin hadisələrə real qiymət vermədiyini bildirib.

“Avropa başını quma salmış dəvəquşu kimidir. Onlar kondisionerli kabinetlərdən İsrailə dərs keçirlər”, – deyə Saar qeyd edib.

Nazir əlavə edib ki, bəzi Avropa siyasətçiləri İsraili “kolonial layihə” kimi təqdim etməyə çalışsa da, İsrail xalqının bu torpaqların yerli sakinləri olduğunu vurğulayıb.

O, həmçinin Hizbullah məsələsinə də toxunaraq bildirib ki, bu qruplaşma İsrail ilə Livan arasında münasibətlərdə əsas problemdir.

“İsrail və Livan arasında ciddi fikir ayrılığı yoxdur. Problem Hizbullahdır. İsrailin təhlükəsizlik problemi əslində Livanın suverenlik problemidir”, – deyə Saar vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью