Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) rəhbəri Ronen Bar ötən şənbə günü Türkiyəyə gizli səfər edib və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla görüşüb.
Görüş zamanı əsas müzakirə mövzusu girovlarla bağlı razılaşmanın yenidən gündəmə gətirilməsi və bu məsələdə Türkiyənin mümkün yardımı olub.
Axar.az bildirir ki, bu barədə Haqqin.az saytı İsrailin mənbələrinə istinadən məlumat yayıb.
Görüşün detallarını açıqlayan məqamlar İsrail mətbuatı yazır ki, Ronen Barın Türkiyə ilə görüşü İsrailin hazırkı regional diplomatik səylərinin bir hissəsi kimi qiymətləndirilir.
Barın səfəri zamanı müzakirələrin əsas mövzusu, Həmas tərəfindən saxlanılan girovların azad edilməsi və mümkün yardım mexanizmləri olub.
Məlumata görə, bu səfər İsrailin Baş naziri Benyamin Netanyahunun xüsusi iclasının birbaşa davamı kimi həyata keçirilib.
Netanyahunun xüsusi iclası Bazar günü Benyamin Netanyahu yüksək səviyyəli nazirlər və təhlükəsizlik rəhbərlərinin iştirakı ilə xüsusi iclas keçirib.