İsrail Yəməndən atılan raketlə hədəf alınıb

28.03.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrail ordusu Yəməndən İsrail ərazisinə raket atıldığını açıqlayıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, İsrail qüvvələri hücumu vaxtında müəyyən edib və hava hücumundan müdafiə sistemləri raketin qarşısını almaq üçün aktivləşdirilib.

Məlumata  görə, bu, Yaxın Şərqdə bir aydır davam edən müharibə fonunda Yəmən istiqamətindən İsrailə edilən ilk hücum kimi qiymətləndirilir.

Qeyd edək ki, Tehranın dəstəklədiyi Yəməndəki Husi üsyançıları bir neçə gün əvvəl bəyanat yayaraq bildirmişdilər ki, İrana qarşı hücumların davamı, ABŞ-İsrail tərəfindən zərbələrin genişlənməsi və ya Qırmızı dənizdən yeni hücumlar olacağı halda onlar da müharibəyə qoşulacaqlar.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью