İsrail: Yəməni də Qəzzanın gününə qoyacağıq

24.12.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin müdafiə naziri Yisrael Katz husilərlə toqquşmalarla bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Katz: "Qəzzada və Livanda etdiyimiz kimi Yəməndə də edəcəyik"-deyə, bildirib. Husilərə qarşı böyük hücuma keçəcəklərini açıqlayan Katz, Husilərin infrastrukturunu məhv edəcəklərini bildirib.

Katz: “İsmail Haniyə, Nəsrullah və Sinvarın başına gələnlər Husilərin liderlərinin başına gələcək”-deyərək husi liderlərini də hədələyib.

İsrailin müdafiə naziri bu çıxışı ilə ilk dəfə olaraq Haniyənin qətlində İsrailin rolunu təsdiqləyib. İsrail bundan əvvəl sui-qəsdin məsuliyyətini rəsmi olaraq üzərinə götürməmişdi.
Bildirək ki, husilər keçən həftə iki fərqli gündə İsrailin paytaxtı Təl-Əvivi ballistik raketlərlə hədəfə alıblar və iki raket Təl-Əviv şəhər mərkəzinə düşüb. İsrail Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil etsə də, istədiyi nəticəni ala bilməyib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью