İsrail Yəmənin limanlarını bombaladı

12.05.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrail aviasiyası Yəməndə şiə hərbi-siyasi hərəkatı Ənsar Allah (Husi) tərəfindən nəzarət edilən üç limana zərbələr endirməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası Əl-Hodeyda əyalətinin Hudeyda, Ras İsa və Əs-Salif limanlarına hücum edib. Husilərin rəhbərlik etdiyi hökumətin Daxili İşlər Nazirliyi İsrail qüvvələrinin bölgəyə zərbələr endirdiyini təsdiqləyib.

Bundan əvvəl İsrail ordusu Yəmənin 3 limanından insanları təxliyə etməyə çağırıb. Sözügedən limanlar Hodeyda, əl-Salif və Ras İsa limanları olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью