İsrail yeni nəsil qanadlı raketini təqdim etdi

11.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti yeni “Super İce” qanadlı raketini təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Super İce” 2021–2022-ci illərdə təqdim edilmiş “İcebreaker” qanadlı raketlərinin yeni nəsil versiyasıdır. Yeni raketlərin döyüş başlığı əvvəlki nəsillə müqayisədə dörd dəfə böyükdür. Bununla yanaşı, onlar daha yüksək sürət və daha uzaq mənzilə malikdir. “Super İce” raketinin döyüş başlığının çəkisi 454 kiloqram, “İcebreaker” raketinin döyüş başlığının çəkisi isə 113 kiloqram təşkil edir. Bu da yeni raketin daha dağıdıcı olduğunu göstərir. Bundan əlavə, döyüş başlığının çəkisinə baxmayaraq, “Super İce” raketi İsrailin əsas döyüş təyyarələri olan F-35, F-16 və F-15-lərdən buraxıla bilər”, - məlumatda deyilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью