Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir. İsrail radikal HƏMAS hərəkatına yenilənmiş saziş layihəsini təhvil verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilir ki, yeni layihədə bəzi israilli girovların azad edilməsi ilə yanaşı, Qəzza zolağında atəşkəs də var.
Yeni saziş ötən həftə baş nazir Benyamin Netanyahu, nazirlər və təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında keçirilən görüşdə qəbul edilib.
Sənəd iki tərəf arasında danışıqların mümkünlüyünü təklif edir. Bundan əlavə, 42 gündən 60 günə qədər atəşkəs nəzərdə tutulur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.