İsrail zərbə endirdi, Suriya əsgərləri həlak oldu

15.07.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailə məxsus pilotsuz təyyarənin Suriyanın qərbində yerləşən Süveydə əyalətində zirehli texnikanı vurması nəticəsində Suriya Müdafiə Nazirliyinin 6 əməkdaşı həlak olub, bir neçə nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya hökuməti məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, onların Suriyanın cənubunda mövcudluğu İsrailin təhlükəsizliyinə təhdid yaradır:

“İsrail Müdafiə Qüvvələri Suriyanın cənubunda hərbi təhlükənin yaranmasına icazə verməyəcək və onu zərərsizləşdirmək üçün tədbirlər görəcək”.

Xatırladaq ki, tanklara ötən gün hücum edilib. Suriya Daxili İşlər Nazirliyi hərbi texnikanın qəbilələrarası toqquşmanın qarşısını almaq üçün regiona göndərildiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью