Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrail polisi 14 yaşlı yeniyetməni İrana casusluq etməkdə şübhəli sayaraq həbs edib.
Yenisabah.az channel 7-a istinadla xəbər verir ki, əməliyyat Daxili Təhlükəsizlik Agentliyi ("Shabak") ilə birgə həyata keçirilib.
Şübhəli şəxs Təl-Əviv sakinidir. İranlı agentlər “Telegram” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə saxlayıb, o cümlədən fotoşəkillər çəkdirmək və “Dəmir qübbə” sistemindən məxfi məlumatların göndərilməsi, o cümlədən Təl-Əviv küçələrinin divarlarına şüarlar yazılmasını istəyiblər.
Hələlik yeniyetmə ev dustaqlığına məhkum edilib.