İsraildə ABŞ yə qarşı sərt ittihamlar: “İran üstünlük qazandı”

08.04.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


ABŞ və İran arasında iki həftəlik müvəqqəti atəşkəs razılaşması İsraildə sərt reaksiyalarla qarşılanıb.

Bakupost.az xəbər veir ki, İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Tzvika Fogel bu razılaşmanı tənqid edib.

O bildirib ki, belə bir atəşkəs İsrailin təhlükəsizliyi baxımından qəbuledilməzdir. Fogel çıxışı zamanı Trampa qarşı sərt ifadə işlədib.

“Donald, sən axmaqsan”, – deyə o qeyd edib. O, razılaşmanın Pakistanın vasitəçiliyi ilə əldə olunmasından da narazı qaldığını vurğulayıb. İsraildə bir çox siyasi qüvvələr də atəşkəs qərarını sərt tənqid edir, bu addımın İrana üstünlük qazandırdığını düşünürlər.

Bahar Babaşova, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью