İsraildə bayram tədbirləri ləğv edildi

30.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Yanğın səbəbindən İsraildə əksər şəhərlərdə Müstəqillik Günü tədbirləri ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Qüdsdə məşəl yandırma mərasiminin ləğv edilməsindən sonra bir çox şəhərlər güclü külək səbəbindən Müstəqillik Günü tədbirlərini keçirməkdən imtina ediblər.

Bildirilib ki, Aşkelon, Modiin, Beer-Şeva, Mevaseret-Tsion, Lod, Ariel, Maale-Adumim, Kiryat-Ono şəhərləri də eyni qərarları qəbul ediblər.

Qeyd edək ki, İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью