İsraildə bir neçə saat ərzində ikinci avtomobil partladı VİDEO

28.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Tel-Əviv dairəsinə daxil olan Xolon şəhərində güclü avtomobil partlayışı qeydə alınıb. Bu, Yaffo şəhərində baş verən analoji hadisədən sonra son bir neçə saat ərzində ölkədə qeydə alınan ikinci belə insidentdir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrailin "Mada" (Magen David Adom) təcili tibbi yardım xidməti yayıb.
 

Partlayış nəticəsində təxminən 30 yaşlarında olan bir kişi ağır bədən xəsarətləri alıb. Çoxsaylı travmalar alan yaralı operativ şəkildə xəstəxanaya çatdırılıb və vəziyyəti ağır olaraq qiymətləndirilir.


İlkin araşdırmalara və hüquq-mühafizə orqanlarının məlumatına əsasən, partlayışa avtomobilə quraşdırılmış partlayıcı qurğu səbəb olub.
Hadisə nəticəsində ətrafda olan daha bir neçə nəqliyyat vasitəsinə də ciddi ziyan dəyib.
Hazırda hadisə yerində polis və kəşfiyyat orqanları işləyir, partlayışın cinayət hesablaşması, yoxsa terror aktı olduğu araşdırılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью