İsraildə diplomatlara hücumda şübhəli bilinən 8 nəfər saxlanılıb

19.10.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail hüquq-mühafizə orqanları İordan çayının qərb sahilində Avropa İttifaqı (Aİ) diplomatlarına və amerikalı jurnalistə hücum etməkdə şübhəli bilinən səkkiz nəfəri saxlayıb.

“Cebheinfo.az” xəbər verir ki, şübhəlilər oktyabrın 19-da səhər saatlarında “Zeytun yarpağı” kod adlı xüsusi əməliyyat çərçivəsində saxlanılıblar. Əməliyyat zamanı bir neçə nəqliyyat vasitəsi də müsadirə edilib.

Polis hücumlarda iştirak etməkdə şübhəli bilinən digər şəxslərin axtarışını davam etdirməyi planlaşdırır. “The Washington Post” qəzeti daha əvvəl amerikalı jurnalist Heidi Levinin oktyabrın 16-da İordan çayının qərb sahilində israilli məskunlaşanların hücumuna məruz qaldığını xəbər vermişdi.
“Agence France-Presse” agentliyinin məlumatına görə, daha sonra həmin ərazidə bir qrup israilli məskunlaşan Avropa diplomatlarının olduğu avtomobil karvanına hücum edib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью