İsraildə ərəb partiyaları olmadan hökumət qurula bilər

03.11.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

İsraildə ərəb partiyalarının iştirakı olmadan sabit hökumət formalaşdırmaq mümkündür.

Modern.az xəbər verir ki, bunu İsrailin “Evimiz İsrail” Partiyasının lideri Aviqdor Liberman “X” sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısı alınmalıdır.

“Yeni seçkilərin keçirilməsinə imkan verməməliyik. Mövcud siyasi vəziyyətdə manevr etmək üçün kifayət qədər imkan var. Düzgün addımlar atılarsa, Raam və Birləşmiş Siyahı partiyalarının iştirakı olmadan qısa müddətdə işlək və sabit hökumət qurmaq mümkündür”, – deyə Liberman vurğulayıb.

Lakin siyasətçi belə bir koalisiyanın hansı formada yaradılacağını açıqlamayıb.

Qeyd edək ki, Liberman daha əvvəl də ərəb partiyaları ilə koalisiyaya daxil olmayacağını, həmçinin Baş nazir Benyamin Netanyahu ilə bir hökumətdə təmsil olunmaq istəmədiyini bəyan edib.

Onun açıqlaması İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar fonunda səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью