İsraildə erkən seçki keçirilə BİLƏR | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş nazir Benyamin Netanyahunun ifrat sağçı koalisiya hökumətində “Haredi” böhranı böyüyür.
"Cebheinfo.az" xəbər verir ki, İsraildə hərbi xidmətdən azad olmaq istəyən ultrapravoslav yəhudi (Haredi) partiyası Birləşmiş Tövrat Yəhudiliyinin liderləri hökumətdən çəkilmələri barədə göstəriş veriblər.
Müxalifət partiyaları İsrail parlamentinin buraxılması ilə bağlı qanun layihəsi təqdim edəcəklərini açıqlayıb.
Beləliklə, ölkədə erkən seçkilərlə bağlı müzakirələr başlayıb.
Haredi dini liderləri Tövrat təhsili alan tələbələri hərbi xidmətdən azad edən qanunun hələ də parlament tərəfindən qəbul edilməməsindən sonra Birləşmiş Tövrat Yəhudiliyi rəsmilərinə hökumətdən çəkilmələrini əmr edib.
"Yedioth Ahronoth" qəzeti və "Channel 12" televiziyası Haredi ravvinlərinin artıq hökumətdə qalmağa ehtiyac görmədiklərini və Netanyahunun görüş tələbini rədd edib: "Deyilməli olan hər şey söylənildi".
Digər tərəfdən, sızdırılan səs yazısına görə, Netanyahunun keçmiş müdafiə naziri Yoav Qallant və keçmiş Baş Qərargah rəisi Herzi Halevini ultra-ortodoks (Haredi) tələbələrin hərbi xidmətdən azad edilməsinə qarşı olduqları üçün işdən çıxardığını söylədiyi iddia olunur.
Tam oxu
Xəbəri oxu