İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı

15.10.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail hökuməti ölkə daxilində fövqəladə vəziyyət rejiminin noyabrın 3-də keçiriləcək ABŞ ara seçkilərinədək uzadılmasını planlaşdırır.

Turkustan.az xəbər verir ki, İsrail Nazirlər Kabineti fövqəladə vəziyyət rejiminin ölkə üzrə uzadılması ilə bağlı səsvermə keçirmək üçün toplaşıb.

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, nazirlərə təqdim olunan sənəddə İran və Livan cəbhələrində qeyri-müəyyənliyin davam etdiyi, təhlükəsizlik rəsmilərinin mülki şəxslərə qarşı hücum ehtimalını hələ də yüksək qiymətləndirdiyi bildirilib.

Təl-Əviv administrasiyası ABŞ ilə birlikdə fevralın 28-də İrana qarşı başladığı hücumlarla eyni vaxtda ölkə üzrə fövqəladə vəziyyət elan etmişdi.

Aytən Yaşar/Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью