İsraildə güclü yanğın: əhali təxliyə edilir Video

30.04.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

16:10

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub.

Ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.

İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.

***

İsraildə meşə yanğınları səbəbindən Qüds və Təl-Əviv arasında yollar bağlanıb.

Bu barədə yerli media məlumat yayıb.

İsrail yanğınla mübarizə üçün qonşu ölkələrdən, o cümlədən Kipr, Yunanıstan, Xorvatiya və İtaliyadan yanğınsöndürmə təyyarələri istəyib.

“Yediot Ahronot”un məlumatına görə, yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью