İsraildə hərbçilərə hücum planlaşdıran şübhəlilər saxlanılıb

15.07.2026

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində hərbçilərə qarşı hücumlar üçün partlayıcı qurğular hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Xalqcebhesi.az İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılma əməliyyatı Ümumi Təhlükəsizlik Xidmətindən (ŞABAK) alınan məlumatlar əsasında keçirilən gecə reydi zamanı baş tutub. Bundan əlavə, əməliyyat çərçivəsində bir silah alverçisi də saxlanılıb.

Saxlanılan şəxslərin hamısı araşdırmanın davam etdirilməsi üçün təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью