Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahunun seçkilərdən sonra müxalifət lideri Qadi Eisenkota birlik hökumətinin qurulması ilə bağlı şərt irəli sürdüyü iddia edilir.
Turkustan.az xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu komandası vasitəsilə Eisenkota mesaj göndərərək Knessetin sədrinin dəyişdirilməsi şərti ilə birlik hökuməti üzrə danışıqlara hazır olduğunu bildirib.
Məlumata əsasən, Netanyahunun Eisenkota çatdırdığı iddia edilən mesaj digər müxalifət liderlərinə ötürülməyib.
İddia olunan mesajda qeyd edilib ki, Knessetin hazırkı sədri Əmir Ohana vəzifəsində qalarsa, Netanyahu birlik hökumətinin qurulması ilə bağlı danışıqlara başlamayacaq. Onun başqa şəxsin sədr seçilməsini şərt kimi irəli sürdüyü bildirilir.
Qeyd edək ki, oktyabrın 27-də İsraildə keçirilən seçkilərdən sonra hökumətin formalaşdırılması ilə bağlı qeyri-müəyyənlik davam edir.
Aytən Yaşar/ Turkustan.az