İsraildə hökumət əleyhinə tətillər və etiraz aksiyaları davam edir

18.08.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İsraildə hökumət əleyhinə tətillər və etiraz aksiyaları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, ümumi tətillər və nümayişlərdə 1 milyondan çox insan iştirak edib.

Etirazlar İsrailli məhbusların ailələrinin təşəbbüsü ilə keçirilib və HƏMAS-ın saxladığı məhbusların azad olunmasını tələb edir.

Qeyd edək ki, Təl-Əvivdəki “Girovlar Meydanı”ndakı aksiyaların sona çatması hərəkatın bitdiyi anlamına gəlmir.

Tətillər səbəbindən həyati əhəmiyyətli obyektlər, iri şirkətlər və yüzlərlə özəl qurum müvəqqəti bağlanıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью