İsraildə İran kəşfiyyatına çalışan şəxsTUTULDU

10.07.2025

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrailin “Beer-Yaakov” şəhərində yaşayan 27 yaşlı Or Beylinə qarşı İran agentinin tapşırıqlarını yerinə yetirdiyinə görə ittiham irəli sürülüb.


Sfera.az xəbər verir ki, bu barədə “detaly.co.il” portalı yazıb.
 

İttiham aktında göstərilir ki, Beylin təxminən dörd ay ərzində “Yoni” adlı şəxs kimi təqdim olunan İran agenti ilə əlaqə saxlayıb və ondan onlarla tapşırıq qəbul edərək yerinə yetirib.
 

Bu xidmətlərinin müqabilində o, təxminən 9 min dollar məbləğində pul alıb.
 

Ona qarşı xarici agentlə əlaqə qurmaqda ittiham irəli sürülüb.
 

Prokurorluq Tel-Əviv əyalət məhkəməsinə müraciət edərək təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatanadək həbsdə saxlanılmasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью