Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
İsrailin İrana qarşı yeni hərbi əməliyyata başlaması ilə bağlı iki güc strukturufikir ayrılığı yaranıb.
"Cebheinfo.az" xəbər verir ki, MOOSAD-ın rəhbəri Roman Qofman ABŞ-nin dəstəyi olmadan İrana yeni hücumun başlanmasını müdafiə edir. Baş Qərargah rəisi Eyal Zamir isə ABŞ Prezidenti Donald Trampın mümkün birgə əməliyyata razılıq verməsini gözləməyin tərəfdarıdır.
Fikir ayrılığı İsrail ordusunun sözçüsünün ölkəsinin istənilən an İrana zərbə endirməyə hazır olduğu barədə açıqlamasından sonra gündəmə gəlib.
Məlumatlara görə, İsraildə yeni müzakirələr başlayıb. Artıq İsrailin İrana qarşı mümkün yeni hərbi əməliyyatda ABŞ-nin mövqeyini gözləyib-gözləməyəcəyi, yoxsa Vaşinqtonun dəstəyi olmadan müstəqil qərar verəcəyi ilə bağlı müzakirələri güclənib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin