Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Hadera sahilləri yaxınlığında köpəkbalığı kişiyə hücum edib.
Oxu.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə nəticəsində kişi itkin düşüb.
Məlumata görə, çimərlik qeyri-müəyyən müddətə bağlanıb. Hazırda mütəxəssislər ərazidə işləyirlər, quruya çıxarılmış ola biləcək bədənin hissələrini axtarırlar.
Qeyd edək ki, bu, həmin ərazidə 2025-ci ildə qeydə alınmış ikinci analoji hadisəsidir. İlk insident bu ilin yanvarında baş verib.