İsraildə müharibə hazırlığı aparılır

27.02.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin müxtəlif bölgələrində fəaliyyət göstərən xəstəxanalar İranla mümkün müharibə ehtimalına qarşı yeni tədbirlər görür.
Modern.az xəbər verir ki, bu barədə məlumat İsrail Səhiyyə Nazirliyinin daxili sənədlərində yer alıb. 
Məlumata görə, nazirliyin son günlər xəstəxanalara göndərdiyi sənədlərdə ötən ilin iyununda İranla baş vermiş 12 günlük müharibə zamanı səhiyyə sisteminin üzləşdiyi problemlər təhlil edilir və mümkün gələcək hərbi kampaniya üçün tövsiyələr yer alır.
Bundan əlavə, sənədlərdə xüsusilə pasiyentlərin məxfiliyinin qorunması, tibb personalına dəstək və həddindən artıq dolu palatalarda infeksiya riskinin azaldılması məsələlərinə diqqət yetirildiyi qeyd olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью