Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu gün səhər saatlarında onun barəsində ittiham aktı və həbs qətimkan tədbiri seçilib.
13 oktyabr 2025-ci ildə İsrail Polisi Təl-Əvivin mərkəzindəki hərbi bazanın qapılarına yaxınlaşan və baş naziri, həmçinin digər seçilmiş məmurları öldürmək niyyətində olduğunu bildirən şübhəli bir adam barədə xəbər alıb.
Hadisə yerinə gələn polis əməkdaşları şübhəli bilinən 46 yaşlı Rişon LeZion sakinini siyasətçiləri və həbsi həyata keçirən polis əməkdaşlarını hədələməyə davam edərkən saxlayıblar.
Şübhəli dindirilmək üçün polis bölməsinə aparılıb, daha sonra məhkəmə qarşısına çıxarılıb və onun həbs müddəti bu günə qədər uzadılıb.
Bu gün Təl-Əviv Rayon Prokurorluğu şübhəli şəxsə qarşı üç hədə-qorxu faktı üzrə ciddi ittiham aktı, eləcə də məhkəmənin yekunu olana qədər onun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət qaldırıb.
Qadir, Bizimyol.info