İsraildə oyunu dəyişdirən qərar: Ərəb partiyalarına seçki mandatı verildi

03.10.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərə bir neçə həftə qalmış ərəb partiyalarının seçkilərdə iştirakına yol açılıb.

Turkustan.az xəbər verir ki, Ali Məhkəmə Mərkəzi Seçki Komitəsinin “Bələd”, “Hadaş” və “Taaldan” ibarət Birgə Siyahı ilə Mənsur Abbasın rəhbərlik etdiyi “Raam” partiyasının seçkilərdə iştirakını qadağan edən qərarını yekdilliklə ləğv edib.

Məhkəmə həmçinin “Hadaş” partiyasının deputatı Ofer Kasifin namizədliyinə qoyulan qadağanı 7 səsə qarşı 2 səslə aradan qaldırıb.

Ali Məhkəmə Mərkəzi Seçki Komitəsinin qərarlarının partiyaların seçkilərdən kənarlaşdırılması üçün tələb olunan hüquqi şərtlərə cavab vermədiyi qənaətinə gəlib.

Bu arada, Birgə Siyahının tərkibinə daxil olan “Bələd” partiyasının lideri Sami Əbu Şəhadə Ali Məhkəmənin namizədliyinin qadağan edilə biləcəyi ilə bağlı xəbərdarlığından sonra seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью