İsraildə qərar verildi: Netanyahu onu işdən çıxardı

21.03.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İsrailin Nazirlər Kabineti yekdilliklə Ümumi Təhlükəsizlik Xidmətinin – ŞABAK-ın (Şin Bet) rəhbəri Ronen Barın vəzifəsindən kənarlaşdırılmasına səs verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

“Nazirlər Kabinetinin qərarına əsasən, Ronen Barın vəzifəsinin son günü aprelin 10-u olacaq,. Lakin əvəzedici tapılsa, o, daha tez gedə bilər”, – deyə nəşr bildirilib.

Məlumata görə, Ronen Bar özü kabinetin iclasında iştirak etməyib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Barın etimadı itirdiyini deyib və işdən çıxarmaq niyyətini açıqlayıb. Daha sonra baş nazir ŞABAK-ın rəhbərini vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью