İsraildə seçki dalanı Netanyahu lazım olan 61 mandatı qazana bilmir

28.10.2026

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsraildə 26-cı çağırış Knessetə keçirilən seçkilərdə bülletenlərin 70,7 faizinin hesablanmasının nəticələri ölkədə dərin siyasi dalanın davam etdiyini göstərir. Nə Benyamin Netanyahunun rəhbərlik etdiyi hazırkı koalisiya düşərgəsi, nə də Qadi Ayzenkotun başçılıq etdiyi müxalifət bloku sabit hökumət qurmaq üçün tələb olunan 61 mandatı hələlik əldə edə bilib.

Partiyaların mandat bölgüsü necədir?

Hazırkı hesablamalara əsasən, parlamentdə yerlərin bölgüsü belədir:

“Likud” (Benyamin Netanyahu) – 27 mandat

“Yaşar!” (Qadi Ayzenkot) – 20 mandat

“Birləşmiş siyahı” (ərəb bloku) – 13 mandat

“Beyahad” (Naftali Bennett / Yair Lapid) – 11 mandat

“Demokratlar” (Yair Qolan) – 8 mandat

NDİ (Avigdor Liberman) – 8 mandat

“Yəhudat ha-Tora” – 7 mandat

ŞAS (Arye Deri) – 7 mandat

“Otsma Yehudit” (İtamar Ben-Qvir) – 7 mandat

“Dini sionizm” və “Zehut” – 6 mandat

RAAM (Mənsur Abbas) – 6 mandat

Seçki baryerini keçə bilməyən partiyalar

Seçki baryerini təşkil edən 3,25 faizlik həddi keçə bilməyən siyasi siyahılar Knessetdən kənarda qalır.

“Ehtiyatda olanlar və İqtisadiyyat Partiyası” (Yoaz Hendel / Yaron Zelixa) – 2,64 faiz

“Amha İsrail” (Ofer Vinter) – 1,65 faiz

Siyasi düşərgələr arasında qüvvələr nisbəti

İlkin nəticələrə görə, parlamentdə əsas siyasi düşərgələrin mandat bölgüsü belədir:

Hazırkı koalisiya: 54 mandat

Müxalifət bloku: 47 mandat

Ərəb və islamçı partiyalar: 19 mandat

Hər iki əsas siyasi blokun hökumət qurmaq üçün lazım olan mandat sayını toplaya bilməməsi yeni kabinetin tezliklə formalaşdırılmasını çətinləşdirir. Bu vəziyyət koalisiya danışıqlarının necə nəticələnəcəyi ilə bağlı sualları açıq saxlayır.

Bundan əvvəl səslərin 66,2 faizinin hesablanmasından sonra Benyamin Netanyahunun blokunun 54 mandat qazandığı, Qadi Ayzenkotun müxalifət sazişində birləşən dörd partiyasının isə 48 mandat əldə etdiyi bildirilmişdi. Ərəb partiyalarına isə 18 yer düşürdü.

Bununla belə, bütün bu rəqəmlər aralıq hesablamalardır. Qalan bülletenlər, o cümlədən ikiqat zərflərdəki səslər hesablandıqca yekun mənzərə dəyişə bilər.

N.Talıblı

AzPost.az

Post navigation

Previous: Sürətli yeriyən insanlar daha uzun yaşayır – ARAŞDIRMA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью