Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsraildə oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi siyasi mübarizə mürəkkəbləşir.
Turkustan.az xəbər verir ki, Likudun ilkin seçkilərində Baş nazir Benyamin Netanyahuya yaxın şəxslərin yüksək mövqelər tutması onun partiya daxilində təsirini qoruduğunu göstərib.
Bununla yanaşı, rəy sorğuları Netanyahu blokunun hökumət qurmaq üçün tələb olunan 61 mandatı əldə edib-etməyəcəyi ilə bağlı suallar yaradır. Qəzza müharibəsinin yaratdığı ictimai yorğunluq, 7 oktyabr hadisələrinə görə siyasi məsuliyyət müzakirələri və keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun siyasətdə fəallaşması seçki yarışının əsas amilləri sırasında göstərilir.
Likud daxilindəki nəticələr Netanyahuya partiya üzərində nəzarətini qoruduğunu göstərsə də, qarşıdakı seçkilərin nəticəsini ölkə üzrə seçicilərin mövqeyi müəyyən edəcək.
Aytən Yaşar/ Turkustan.az