İsraildə silahlı hücumda 4 nəfər ölüb, yaralıların vəziyyəti ağırdır VİDEO YENİLƏNİB

08.09.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Qüdsün Ramot bölgəsində silahlı hücumda 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Yaralananlar xəstanaxalara yerləşdirilib.

Onlardan 5-nin vəziyyəti ağır olaraq qalır.

Rəsmilər iki terrorçunun zərərsizləşdirildiyini bildirib.

***

11:36

Qüdsün Ramot bölgəsində silahlı insident baş verib.

APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.

Onlardan 6-nın vəziyyəti ağırdır.

Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/103676

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью