Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xevron şəhərində terror aktı baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.
Yerli polisin açıqlamasına görə, 2 nəfər avtomobili sürətlə piyadaların üzərinə sürüb. Daha sonra avtomobildən düşərək insanlara bıçaqla hücum edib. Hər 2 terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən güllələnib.
Faktla bağlı araşdırmalara başlanılıb, hücum edənlərin şəxsiyyəti və əməllərinin məqsədləri öyrənilir.
Qeyd edək ki, ölən sakin 30 yaşlı kişidir. Yaralananlar - 40 yaşlı qadın, 30 yaşlı kişi və 15 yaşlı yeniyetmə oğlan xəstəxanaya yerləşdirilib.
L.Tağıyeva