Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin şimalındakı Kafr-Kara kəndi yaxınlığında açıq ərazidə yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
"Magen David Adom" təcili yardım xidmətinin məlumatına görə, xəsarət alanlardan biri huşsuz vəziyyətdədir və təyyarə qalıqları arasında sıxışıb qalıb, digəri isə orta ağır dərəcəli xəsarətlər alıb. Hadisə yerində xilasetmə işləri aparılır.
Yanğın-xilasetmə xidmətinin məlumatına əsasən, təyyarə qəzaya uğradıqdan sonra alovlanıb.