İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

10.03.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 10 mart, AZƏRTAC

Martın 9-da İsrail ərazisinə həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İsrail Dövlətindəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. O, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edərək burada yaşayırdı.

"Mərhumun ailəsinə və doğmalarına səbir diləyir, başsağlığı veririk",- deyə məlumatda bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью