İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

24.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyi tərəfindən Təl-Əviv şəhərində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə və 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İsraildə yaşayan azərbaycanəsilli gənclər üçün maarifləndirici mühazirə təşkil edilib.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov tədbiri giriş sözləri ilə açaraq, Qarabağın tarixi, münaqişənin xronologiyası, 44 günlük Vətən müharibəsi, eyni zamanda, 2023-cü il sentyabrın 20-də lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam bərpa etməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Qarabağda qanunsuz məskunlaşmış ermənilərin törətdiyi urbisid və ekoloji cinayətlər haqqında qısa videoçarx nümayiş olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью