Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail parlamentinin (Knesset) 26-cı çağırış deputatları çərşənbə axşamı and içərək fəaliyyətə başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilib ki, parlamentdə yeni çoxluq formalaşdıran və “Yaşar” partiyasının lideri Qadi Ayzenkotun rəhbərlik etdiyi blok Knessetin yeni spikeri vəzifəsinə namizədini müəyyənləşdirib. Bu posta “Yaşar” partiyasının üzvü Matan Kahane irəli sürülüb.
Parlamentin üç əsas komitəsinin sədrləri də müəyyənləşdirilib. Belə ki, Xarici Əlaqələr və Müdafiə Komitəsinin rəhbəri vəzifəsinə “Bizim Ev İsrail” partiyasının lideri Aviqdor Libermanın namizədliyinin irəli sürülməsi təklif olunur.
Yeni çağırış parlamentdə Ayzenkotun blokunun 48, hazırkı baş nazir Benyamin Netanyahunun blokunun isə 53 mandatı var. Ayzenkota dəstəyini ifadə edən ərəb partiyalarının bloku Knessetdə 19 yerə sahibdir.
Noyabrın 8-də İsrail Prezidenti İshak Hersoq müxalifət lideri Qadi Ayzenkota ölkənin növbəti hökumətini formalaşdırmaq üçün mandat təqdim edib.
Ayzenkotun hökuməti formalaşdırmaq üçün 28 günü var. Bu müddətə əlavə olaraq daha 14 gün uzadılma imkanı da nəzərdə tutulub.
Əgər Ayzenkot bu müddət ərzində hökuməti formalaşdıra bilməsə, müvafiq səlahiyyət Benyamin Netanyahuya verilə bilər. Bu halda Netanyahuya da hökuməti qurmaq üçün eyni müddət ayrılacaq.