Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin cənubundakı Kiryat Gatda ABŞ texnologiya şirkəti “Intel”ə məxsus yarımkeçirici çip istehsalı zavodunda partlayış olub.
525.az “Haaretz” qəzetinə istinadən xəbər verir ki, hadisə müəssisədəki qaz balonunun hələlik müəyyən edilməmiş səbəbdən partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində 1 nəfər hadisə yerində həlak olub. Eləcə də xəstəxanaya aparılan 3 nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma davam edir.
İbrahim Cəfərov