İsraildən ABŞ yə şok təklif

30.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tel-Əviv rəhbərliyinin ABŞ-yə Yaxın Şərqdəki bəzi bazalarını İsrailə köçürməsi və ölkədə yeni bazalar qurması təklifini verdiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrailin "Kanal 12" televiziyasının təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, İsrail mövcud hücumlar başa çatdıqdan sonra ABŞ-ni Qətər kimi bölgə ölkələrindəki bəzi bazalarını İsrailə köçürməyə və ölkədə yeni bazalar qurmağa dəvət edib.

İsrail mətbuatına görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Qətərdən tamamilə köçürülməsi ehtimal olunmur, lakin İsraildə yeni bir ABŞ bazasının qurulması olduqca mümkündür.

"İsrail təhlükəsizlik təşkilatı ABŞ qüvvələrinin hazırda bölgədə olması və inkişaf edən təhlükəsizlik problemləri işığında, ABŞ-nin Yaxın Şərqdəki hərbi mövqelənmə xəritəsini yenidən formalaşdırmaq üçün bir fürsət görür", - "Kanal 12"nin xəbərində qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью