İsraildən Beyruta GÜCLÜ ZƏRBƏ: 4 nəfər öldü, 23 nəfər yaralandı

23.11.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Beyruta endirdiyi hava hücumu nəticəsində azı 4 nəfər ölüb, 23 nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi “X” hesabında məlumat yayıb.

“Hava hücumu zamanı səkkiz mərtəbəli bina tamamilə dağılıb. Xilasedicilər hadisə yerində işləyir. Qurbanların və yaralananların sayı arta bilər”, - qurum qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью