İsraildən bu ölkəyə mesaj: “Heç vaxt...”

18.12.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsrailin xarici işlər naziri Gideon Saar "Al-Arabiya" telekanılına müsahibəsində Suriya ilə bağlı açıqlamalar verib.

"Cebheinfo.az" xəbər verir ki, Saar Dəməşq və Təl-Əviv administrasiyaları arasında təhlükəsizlik razılaşmasının hər iki tərəf üçün faydalı ola biləcəyini deyib.

O, Dəməşq hökuməti ilə təhlükəsizlik əsaslı razılaşma axtardıqlarını və torpaq əldə etmək ambisiyalarının olmadığını bildirb:

"Suriyada heç vaxt torpaq üçün hərisliyimiz olmayıb. Əgər olsaydı, daha çox torpaq ala bilərdik".

Saar Suriya ərazilərinə hücumu İsrailə qarşı sərhədyanı təhdidlərin qarşısını almağa diqqət yetirməkləri kimi qələmə verib.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu tez-tez Suriyada nəzarət etdikləri ərazilərdən geri çəkilməyəcəklərini vurğulayır. 

Rejim ordusunun geridə qoyduğu hərbi infrastruktura hücumlar edən İsrail ordusu, Suriya ərazisi olan Çolan Təpələrinin işğalını genişləndirərək, paytaxt Dəməşqin 25 kilometrliyinə çatıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью