İsraildən daha bir İran xəstəxanasına HÜCUM

03.03.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

İsrail ordusu İran xəstəxanasına raket zərbəsi endirib.

Redaktor.az xəbər verir ki, "Tasnim"in məlumatına görə, Sərpol-e Zəhab şəhərindəki xəstəxanaya raket hücumu nəticəsində çoxlu ziyan dəyib.

Hücum zamanı pəncərələr sındırılıb, vacib infrastruktura ziyan dəyib, xəstələr və tibb işçiləri panikaya düşüblər. Şahidlər dəhlizlərin toz və zibillə dolu olduğunu bildiriblər. Tibb işçiləri təhlükəyə baxmayaraq xəstələrə yardım etməyə davam ediblər.

Bu, Tehrandakı Qandi Xəstəxanası da daxil olmaqla İran xəstəxanalarına edilən son hücumdur.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью