İsraildən daşları yerindən oynadacaq həmlə İran təcili addımlar ata bilər | Icma.az
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Peyk şəkilləri iyulun 5-də ABŞ-ın xüsusi şirkəti Planet Labs PBC tərəfindən çəkilib.
Üç analitik obyektin yerləşdiyi yer, ölçüləri və çoxmərtəbəli olması ehtimalını əsas gətirərək, bunun yeni ağır-sulu reaktor ola biləcəyini açıqlayıb.
Belə reaktorlar nüvə silahı üçün lazım olan plutonium və digər materialların istehsalında istifadə edilə bilər.
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, sözügedən məlumatlar bir sıra nüvə ekspertləri tərəfindən təhlil edilib: “Beynəlxalq mediada da təqdim edilən peyk görüntüləri göstərir ki, orada çoxmərtəbəli yeraltı tikinti işləri aktivləşib.
Tikinti sahəsində qalın beton divarlar və kranlar görünür. Lakin bununla bağlı mütəxəssislərin fikirləri bölünür.
Bəziləri bu tikintini yeni bir ağır su reaktoru kimi şərh edir — bu tip reaktorlar plutonium istehsal edə bilər.
Digərləri isə bunun nüvə silahlarının yığılmasına yönələn bir obyekt ola biləcəyini qeyd edir.
Tam oxu
Xəbəri oxu