İsraildən Dəməşqə zərbə: Müdafiə Nazirliyi və Baş Qərargah hədəf alındı

16.07.2025

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Reuters xəbər agentliyi iki suriyalı mənbəyə istinadən xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə Suriya Müdafiə Nazirliyi və Baş Qərargah qərargahına zərbələr endirib.
Turkustan.az xəbər verir ki, İsrail ordusu da açıqlama yayaraq, Suriya Baş Qərargahının paytaxt Dəməşqdəki qərargahının giriş qapısına hava hücumu təşkil etdiyini açıqlayıb.
İsrail vətəndaş qarşıdurması səbəbindən Suriyanın cənubundakı Sveyda şəhərinə hava zərbələri endirir. Şəhərdə druzlarla hökumət qüvvələri arasında toqquşma olduğu halda, İsrail ordusu hökumət qüvvələrinə zərbələr endirir.
İsrail ordusu Suriya sərhədinə daha çox hərbçi yerləşdirəcəklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью