İsraildən HƏMAS a SARSIDICI ZƏRBƏ

23.03.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

İsrail qüvvələri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdavili öldürüb.

Sfera.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( IDF ) "Telegram" kanalında məlumat verilib.

Nəşr qeyd edib ki, İDF və Baş Təhlükəsizlik Xidməti (Şabaq) əl-Bərdəvili məhv edib.

Martın 23-nə keçən gecə Əl Hadath telekanalı Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdavilin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin kənarında İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi hücumda həlak olduğunu bildirib.

Saleh əl-Bərdavil Fələstin Qanunvericilik Şurasının (birpalatalı parlament) üzvü və həmçinin Xan Yunisdə HƏMAS-ın rəsmi nümayəndəsi idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью