Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail ordusu HƏMAS-ın Qəzza zolağının şimalındakı silahlı qanadının rəhbəri İzzəddin əl-Bəyin öldürüldüyünü açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrail və Fələstin mənbələrinin məlumatına görə, əl-Bəy bu gün İsrailin hava hücumu nəticəsində öldürülüb.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz bildiriblər ki, hücumların planlaşdırılmasında və silahlı şəxslərin cəlb edilməsində rol oynadığı iddia edilən əl-Bəy İsrail ordusunun zərbəsi nəticəsində hədəfə alınıb.
Səhiyyə rəsmiləri və HƏMAS mənbələri isə əl-Bəyin Qəzza şəhərinin Nəsr məhəlləsindəki yaşayış binasına İsrail tərəfindən səhər saatlarında endirilən zərbə nəticəsində öldürüldüyünü təsdiqləyiblər.
Aytən Yaşar/ Turkustan.az