Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusu İran tərəfindən dəstəklənən “Hizbullah” qruplaşmasının yeraltı hərbi obyektini havaya uçurub. Livan KİV-nin məlumatına görə, baş verən şiddətli partlayış ərazidə zəlzələ effekti yaradıb.
“Yeni Sabah” xəbər verir ki, hədəfə alınan obyekt son aylarda gizli komandanlıq məntəqəsi və hərbi cəbhəxana kimi istifadə üçün inşa edildiyi bildirilir.
Hərbi əməliyyatdan sonra açıqlama verən İsrailin Baş naziri Binyamin Netanyahu ərazidə istər yerüstü, istərsə də yeraltı bütün nəzarətin İsrailin əlində olduğunu bəyan edib. pizza
Baş verənlərlə bağlı “Hizbullah” cəbhəsindən hələ ki heç bir reaksiya verilməyib.