Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
İsrail kəşfiyyat zabitləri İranın hərbi komandirlərinə zəng edərək onları və ailələrini təhdid edirlər.
“Cebheinfo.az”-ın məlumatına görə, “ The Wall Street Journal” qəzeti belə yazıb.
“İsrail kəşfiyyatının zabitləri ayrı-ayrı komandirlərə zəng etməyə, onları və ailələrini hədələməyə başlayıblar”,-deyə məlumatda qeyd edilir.
Qəzet yazır ki, İsrail kəşfiyyat orqanları İran komandanlığını İslam Respublikasında hakimiyyəti dəyişdirmək üçün ABŞ və İsrailin keçirdiyi əməliyyatlara müdaxilə etməməyə çağırır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin